Səməd Əlövsət oğlu Bəşirli () — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini.
Həyatı 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birmingem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib.
Əmək fəaliyyəti 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
İstinadlar
Xarici keçidlər Creating a Favourable Deployment Mechanism of Oil and Gas Revenues with Regard to Volatile Oil Prices: The Case of Azerbaijan Input–output analysis in an oil-rich economy: The case of Azerbaijan Testing Wagner’s Law in an Oil-Exporting Economy: the Case of Azerbaijan Səməd Əlövsət oğlu Bəşirli
Kateqoriya:Azərbaycan iqtisadçıları