right|thumb|300px|Moskvadakı Lubyanka binası 1917-ci ildən sovet və Rusiya kəşfiyyat orqanlarına xidmət edir. Bu səbəbdən "Lubyanka" termini məxfi polis mənasında istifadə olunan metonimə çevrilmişdir.

Çekizm (; ilk sovet məxfi polis təşkilatı olan Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyası üçün istifadə olunan "çeka" sözündən) — SSRİ-də məxfi polisin cəmiyyətin bütün sahələrə güclü nəzarət etdiyi vəziyyəti təsvir edən termin.The Chekist Takeover of the Russian State, Anderson, Julie (2006), International Journal of Intelligence and Counter-Intelligence, 19:2, 237–288.The HUMINT Offensive from Putin's Chekist State Anderson, Julie (2007), International Journal of Intelligence and Counter-Intelligence, 20:2, 258–316 Bu həm də indiki Kreml hakimiyyətini tənqid edənlər tərəfindən müasir Rusiyada hüquq-mühafizə orqanlarının istifadə etdiyi gücü təsvir etmək üçün istifadə olunur.

SSRİ Çekizm Feliks Dzerjinski tərəfindən on ildən çox müddət ərzində tətbiq edilən və inkişaf etdirilən təhlükəsizlik polisindəki inanclar, təcrübələr və fərziyyələr toplusunun məhsulu kimi təsvir edilir. Onun yerləşdirdiyi sistemlər siyasi terroru qanuniləşdirən və romantikləşdirən konsepsiyanın sakrallaşdırılmasına gətirib çıxarmışdır. Əbdurrəhman Avtorxanov sovet cəmiyyətinin dayağı kimi məxfi siyasi polis ideyasını irəli sürmüşdür.The Chechen Times №17, 30.08.2003. Translated from "Technology of Power", 1991, , chapter 34 Russian text

Çekizm çeka mentalitetinin qondarma fəzilətlərinə əsaslanan bir kult formasına çevrilmişdi. Albatsın sözlərinə görə, Lavrenti Beriya, Yuri Andropov və Vladimir Kryuçkov da daxil olmaqla, əksər KQB rəhbərləri həmişə Kommunist Partiyası ilə hakimiyyət uğrunda mübarizə aparmış, zahiri kommunist liderləri manipulyasiya etmişdilər.Yevgenia Albats and Catherine A. Fitzpatrick. The State Within a State: The KGB and Its Hold on Russia—Past, Present, and Future. 1994. . Çekizmin sakrallaşdırılması Dzerjinski kimi liderlərə məxfi polis üzvləri ilə xüsusi münasibət qurmağa imkan vermiş, eyni zamanda partiya qurucularının başqalığını təbliğ etmişdir.

Rusiya Rusiya Dumasının keçmiş üzvü Konstantin Borovoya görə, "Putinin təyinatı DTK-nin hakimiyyət uğrunda səlib yürüşünün kulminasiya nöqtəsidir. Bu onun finalıdır. İndi ölkəni DTK idarə edir". Moskvada yerləşən "Center for the Study of Elites"in direktoru Olqa Krıştanovskaya müəyyən etmişdir ki, Rusiyada 1,016 aparıcı siyasi xadimdən 78%-ə qədəri əvvəllər DTK və ya FTX-yə bağlı təşkilatlarda xidmət etmişdir.In Russia, A Secretive Force Widens – by P. Finn – The Washington Post, 2006

Bəzi müşahidəçilər qeyd etmişdir ki, Rusiyanın indiki dövlət təhlükəsizlik təşkilatı olan FTX DTK-dan daha güclüdür, çünki bu qurum DTK kimi Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərmir. Üstəlik, FTX rəhbərliyi və onların tərəfdaşları ölkədəki ən mühüm iqtisadi aktivlərə sahibdirlər və Rusiya hökumətinə, Dövlət Dumasına nəzarət edirlər.Jamie Glazov (23 June 2006). When an Evil Empire Returns — The Cold War: It's back. , interview with Ion Mihai Pacepa, R. James Woolsey, Jr., Yuri Yarim-Agaev, and Lt. Gen. Thomas McInerney, FreeRepublic.com. Retrieved 2 October 2019.

Politoloq Stanislav Belkovski çekizmi aqressiv antiamerikanizmi özündə birləşdirən "imperiya ideologiyası" olaraq təyin etmişdir.According to Stanislav Belkovsky, "Chekism is a neo-Soviet imperial ideology and not just a line in a resume." Faking Left , by Stanislav Belkobsky, The St. Petersburg Times

Qeydlər

İstinadlar

Əlavə ədəbiyyat Russia: Death and resurrection of the KGB By J. Michael Waller, Demokratizatsiya: The Journal of Post-Soviet Democratization A Rogue Intelligence State? Why Europe and America Cannot Ignore Russia By Reuel Marc Gerecht Putin's Russia, by Anna Politkovskaya Kateqoriya:SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Kateqoriya:Rusiyada siyasət Kateqoriya:SSRİ-də daxili siyasət