link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/Dendera_7_977.PNG/250px-Dendera_7_977.PNG|right|thumb|250x250px| Hathor məbədi. Dəndərə. Dəndərə məbəd kompleksi ( və ya ) — Misirin Dəndərə şəhərindən təqribən ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu.
Hathor məbədi Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir.
Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir. Onun kartuşu İsnadakı Xnum məbədinin sütun şaftlarında da müşahidə olunur."Trajan was, in fact, quite active in Egypt. Separate scenes of Domitian and Trajan making offerings to the gods appear on reliefs on the propylon of the Temple of Hathor at Dendera. There are cartouches of Domitian and Trajan on the column shafts of the Temple of Knum at Esna, and on the exterior a frieze text mentions Domitian, Trajan, and Hadrian"
Dəndərə zodiakı Heykəlləşdirilmiş Dəndərə zodiakı son dövrlərə aid Yunan-Roma məbədində tapılan relyefdir. Burada buğa və tərəzi təsvirlərini ehtiva edən geniş yayılmış relyefdir. Onun eskizi Napoleonun Misirə yürüşü zamanı hazırlanmışdır. 1820-ci ildə Fransa müstəmləkəçiləri tərəfindən məbədin tavanından çıxarılaraq saxta ilə əvəz edilmişdir. Onlara Misir hökmdarı Məhəmməd Əli Paşadan icazə alması və ya oğurlamaları ilə bağlı mübahisələr var. Əsli indi Luvrdadır. Şampolyon bunun Ptolemey dövrünə aid olduğunu təxmin etmişdir. Müasir misirşünaslar bunu eramızdan əvvəl I əsrə aid edirlər.
Dəndərə işığı Hathor məbədində mavi suzanbağı çiçəyindən çıxan ilan şəklində Horun təsvir edildiyi daş relyeflər var. O, altı relyefdə Nutun bətnində təmsil edilən "hn" adlı oval qabın içində təsvir edilmişdir.
Roma mammisisi Roma mammisisi Trayan və Mark Avrelinin hakimiyyətləri dövrünə aid bir əlavə binadır. Burada Misir tanrılarına qurban verən Trayanın çoxsaylı relyeflərini görmək olar.
İstinadlar
Əlavə ədəbiyyat
Jed Z. Buchwald, "Egyptian Stars under Paris Skies ". pr.caltech.edu. R. A. Parker, "Ancient Egyptian Astronomy ". Philosophical Transactions of the Royal Society of London. Series A, Mathematical and Physical Sciences, Vol. 276, No. 1257, The Place of Astronomy in the Ancient World (May 2, 1974), pp. 51–65 Marshall Clagett, "Ancient Egyptian Science: A Source Book". Diane, 1989. William Henry and Davenport Adams "Egypt Past and Present: Described and Illustrated". T. Nelson and Sons, 1885. 380 pages. Page 218 - 226 The Dendera Reliefs , Catchpenny Mysteries. Frank Dörnenburg, Electric lights in Egypt?. 2004. (ed. An analysis of how the Egyptians didn't have electricity). Mariette, Auguste, Dendérah, Bookshop A. Franck, Paris, 1875. Fischer, H.G., Dendera in the third millennium B.C. down to the theban domination of upper Egypt, J.J. Augustin publisher, New York, 1968.
Xarici keçidlər
Dəndərə Temple complex. satellite-sightseer.com. Dəndərə (French) High-resolution Images of Dəndərə Temple Ceiling
Kateqoriya:Misirdəki arxeoloji abidələr Kateqoriya:E.ə. XXIII əsrdə yarananlar Kateqoriya:Keçmiş dini tikililər Kateqoriya:E.ə. XXIII əsrdə tamamlanmış tikililər