Teymur xan Acarlı Şamlı və ya Teymur xan Acarlı — Səfəvi imperiyasının XVII əsrdə fəaliyyət göstərmiş hərbi və dövlət xadimlərindən biri. Həyatı Səfəvi dövlətini yaradan qızılbaş türk tayfalarından biri olan Ustaclı tayfasına mənsub Teymur xan Səfəvi dövlətinin bəylərbəyilərindən biri olmuşdur. O, Kürdüstan vilayətinin nifrət edilən bəylərbəyi Xosrov xan Ərdəlanın Səfəvi şahı I Süleyman (1666–1694) tərəfindən vəzifədən çıxarılıb edam edilməsindən sonra Kürdistan bəylərbəyi təyin edilmişdir. O, bu vəzifəni 1682-ci ildən 1688-ci ilə qədər icra edib. Beləliklə, Temur xan Acalı Şamlı Səfəvi Kürdüstanında bəylərbəylik edən ilk qeyri-kürd şəxs olmuşdur. Vilayətə kənardan gəldiyi üçün o, 1688-ci ildə bu vəzifəsindən yerlilər tərəfində qovuldu və onun əvəzinə bu vəzifəyə II Xan Əhməd xan Ərdəlan təyin edildi. Həmçinin bax Ağa xan Müqəddəm İstinadlar
Mənbə
Kateqoriya:XVII əsrdə vəfat edənlər Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Səfəvi sərkərdələri