– Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur.
Tarixi 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür.
Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir.
1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd adı ilə də tanınmışdır.
Xüsusiyyətlər Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Tokiodakı şintoist məbədləri Kateqoriya:Beppyo məbədləri Kateqoriya:Kanpey-tayşalar Kateqoriya:Çiyoda