Lordi — fin-rok qrupu.
Üzvlər Mr. Lordi (Tomi Putaansuu) Kone Hiisi Hella Mana
Albomlar Get Heavy (2002) The Monsterican Dream (2004) The Arockalypse (2006) Deadache (2008) Babez For Breakfast (2010) To Beast or Not To Beast (2013) Scare Force One (2014) Monstereophonic – Theaterror vs. Demonarchy (2016) Sexorcism (2018) Killection (2020) Lordiversity (2021)
Tarixi Lordi, 1996-cı ildə Mister Lordi (Tomi Putaansuu) tərəfindən yaradılan fin-rok qrupudur. Bu qrup qorxulu kostyum və maskaları ilə tanınır.
Qrupda mister Lordidən savayı, Amen, Ox, Hella və Mana-da ifa edirlər. Qrupun ilk "Get Heavy" adlı albomu 2002-ci ildə Hellovin gecəsi günü işıq üzü görmüşdür. Alboma daxil edilən "Devil is a loser" (Şeytan yaramazdır") adlı mahnı qrupun ilk hitinə çevrilmişdir. Qrupun ilk mahnıları vampirlərə, ruhlara və qulyabanılara həsr olunmuşdur.
Lordi, 2006-cı ildə Avroviziya mahnı musabiqəsində "Hard Rock Hallelujah" adlı mahnını səsləndirərək 292 bal toplayaraq qalib oldular.
Belə ki, bir çoxları qrupu satanizm təriqətinə sitayiş etməkdə günahlandırdılar. Lakin Mister Lordi buna cavab olaraq "Biz satanist deyilik. Biz Şeytana ibadət edənlərdən deyilik" cavabı vermişdir. Həmçinin, bahalı pirotexnikanın müsabiqənin keçirildiyi Afinaya daşınması zamanı da Lordi maliyyə çətinlikləri ilə üzləşdi. Sponsorların köməyilə, bu məsələ də həll edildi. Bundan sonra buraxdıqları The Arockalypse adlı albom Finlandiya, İsveç və Yunanıstanda populyarlıq qazandı.
Mənbə Lordi (Finlandiya,2006)
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Musiqi qrupları Kateqoriya:Finlandiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Kvintetlər Kateqoriya:Finlandiya metal musiqi qrupları Kateqoriya:Finlandiyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:1992-ci ildə yaranan musiqi qrupları