Aşağı Qolqəti — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qolqəti kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Aşağı Qolqəti kəndi rayonunun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Toponimikası Qolqəti sözü qol və kəndi hissələrindən ibarət olub "çay qolunun və ya çayın sahili" mənasını ifadə edir. Kənd doğrudan da vaxtilə Türyançayın qollarından birinin sahilində yerləşmışdir. Hazırda yatağı qalmış həmin çay quruduqdan sonra əhali oranı tərk edərək indiki əraziyə köçmüşdür. Qolqəti kəndin keçmiş adının (Qol kəndi) yerli tələffüz formasıdır. 1933-cu ildə Aşağı Kolqatı variantında qeydə alınmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər məntəqədən fərqləndirməyə xidmət edir.
Tarixi
Tarixi abidələri
Coğrafiyası və iqlimi Kənd Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündə yerləşirdi.
Əhalisi
İqtisadiyyatı
Mədəniyyəti
Təhsil
Din
Səhiyyə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Ağdaş rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:1999-cu ildə ləğv olunan yaşayış məntəqələri