Vasili Aleksandri (, ; ) — Moldova və Rumıniya yazıçısı, publisist, folklor toplayıcısı.

Həyatı Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir. 3 sentyabr 1890-cı ildə vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Коробан В., Василе Александри, Кишинёв, 1959; Ильяшенко Т. Н., Лимба ши стилул поэзией луй В. Александри, Кишинэу, 1961; Корбу Х., Драматургия луй Александри, Кишинэу, 1962;

Xarici keçidlər

Kateqoriya:Rumıniya şairləri Kateqoriya:Moldova şairləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Rumıniya yazıçıları Kateqoriya:Moldova publisistləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri