1820-ci il Kamboca üsyanı — Kambocada Kay adlı rahibin başçılıq etdiyi vyet əleyhinə üsyan.

1819-cu ildə khmer işçiləri Vyetnam Vinh Te kanalını yenidən qurmağa məcbur olmuşduar. Khmer işçiləri ağır iş şəraitində istismar edilmiş, bu da kanalın tikintisi zamanı yorğunluqdan və nəticədə xəstəlikdən minlərlə insanın ölümünə səbəb olmuşdur. Fövqəltəbii güclərə sahib olduğunu iddia edən, əslən Vatsambaurdan olan rahib Kay vyetnamlılara qarşı üsyan qaldırmışdır.

Kay khmerlər üçün müqəddəs Baphnumu tutmuş və özünü kral elan etmişdir. Onun ardıcıllarının çoxu Teynin ətrafındakı ərazidə xidmətə götürülmüşdür. Bir çox buddist rahiblər onun qüvvələrinə qoşularaq vyetnamlıları öldürmüşdür. Üsyançılar Pnompenə doğru yürüş etmiş, üç Kamboca generalı – Tyaophraya Tey, Narin Kol və Nayke onlara qoşulmuşdur. Kral II Anq Tyan paytaxtdan qaçmaq istəmiş, kömək almaq üçün Sayqona məktub göndərmişdir. Vyetnam ordusu üsyançıları məğlub etmiş, onların çoxunu öldürmüşdür. Kay qaçmağa nail olmuş, lakin bir çox rahiblə birlikdə təqib olundu və öldürülmüşdür.

Tyaophraya Tey, Narin Kol və Nayke də daxil olmaqla digər liderlər təslim olmaq məcburiyyətində qalmışdır. Onlar Pnompen və Sayqonda edam edilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Kamboca tarixi Kateqoriya:XIX əsrin üsyanları Kateqoriya:XIX əsrdə Kamboca Kateqoriya:XIX əsrdə Vyetnam Kateqoriya:Kambocanın müharibələri Kateqoriya:Vyetnamın müharibələri Kateqoriya:Vyetnamofobiya