və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur.

Tarixi İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur.

1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir.

Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir.

Qalereya

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Kaqava prefekturasındakı şintoist məbədləri Kateqoriya:XI əsrdə tamamlanmış tikililər Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri