Moqadişo sultanlığı (, ) — mərkəzi Moqadişo şəhərində olan, müasir Somalidə XII–XVII əsrlərdə mövcud olmuş orta əsr Afrika dövləti.
Tarixi Sultanlıq XII–XIV əsrlərdə Afrika buynuzundakı əhəmiyyətli güclərdən biri kimi Moqadişo şəhəri ətrafında böyümüş, daha sonra böyüyən Ajuran imperiyasının bir hissəsi olmuşdur. Moqadişo sultanlığı ərəb ölkələri və Hindistan ilə geniş ticarət şəbəkəsini qoruyub saxlayır, regional qızıl ticarətində üstünlük təşkil edir, öz valyutasını zərb edir və indiki Somalinin cənubunda geniş memarlıq irsi buraxırdı. Moqadişudan olan Somali tacirləri Sofaladakı mədənlərdən qızıl çıxarmaq üçün indiki Mozambik ərazisində müstəmləkə qurmuşdular.pg 4 — The quest for an African Eldorado: Sofala, By Terry H. Elkiss Afrika buynuzunun daxili bölgələri ilə karvan ticarəti aparılırdı.
Mənbə İstinadlar
Ədəbiyyat Могадишо // Меотская археологическая культура — Монголо-татарское нашествие. — М. : Большая российская энциклопедия, 2012. — С. 564. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 20). — .
Kateqoriya:Moqadişo Kateqoriya:Somali tarixi Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:X əsrdə yarananlar Kateqoriya:XVI əsrdə ləğv olunanlar Kateqoriya:XII əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:XVI əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:XVII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər