– Edo dövründə yaşamış Yaponiya aqronomu.
Həyatı Sato Nobuhiro 1769-cu ildə Deva əyalətində alim aləsində doğulmuşdur. Uşaq olanda atası ilə birlikdə səyahətlər etmiş və Hokkaydoya qədər gedib çıxmışdır. Bu zaman Tenmey aclığından əziyyət çəkən kəndlilərin həyatına şahidlik etmiş və gördüyü mənzərə ona böyük təsir etmişdir. Atasının ölümündən sonra Edo şəhərinə gedərək ranqaku alimi Udaqava Qenzuinin şagirdi olmuşdur. Tsuyama hanında xidmət göstərdikdən sonra ölkəni səyahət etməyə başlamış, kənd təsərrüfatı ilə bağlı praktiki biliklər əldə etmişdir. Bir müddət yazı yazmaq üçün Kazusada məskunlaşsa da, həyatının böyük bir qismini səyahətlərdə keçirmişdir.
Sato şintoizmə də maraq göstərmiş və kokuqaku alimi Hirata Atsutanenin məktəbinə daxil olmuşdur. Təxminən bu dövrdə Takano Çoey və Vatanabe Kazanla dost olmuş, şoqunluğun ranqaku alimlərini həbs etməsi hadisəsindən yayına bilmişdir. Satonun şöhrəti tədricən yayılmış və daymyolar onu kənd təsərrüfatı texnikaları, iqtisadiyyat və dənizdən müdafiə mövzularında məsləhətlər verməsi üçün çağırmışdırlar.
Sato rocu və daymyo Mizono Tadakuniyə cavab olaraq "Fukkoho qayqen" əsərini yazmışdır. O, bu əsərdə Yaponiyanın vahid başçı altında birləşdirilməsini və bütün torpaqların, istehsalın, ticarətin və nəqliyyatın birbaşa hökumət nəzarəti altında olmasını təklif etmişdir.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Kokuqaku alimləri Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya aqronomları