Hüda Şə'ravi (; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947, Qahirə, Misir krallığı) — Misirli feminist, ictimai xadim və aktivist. O, Misirdə qadın hüquqları uğrunda mübarizənin öncül siması sayılır.
Hüda Şə'ravi 1923-cü ildə Misir Feminist Birliyini qurmuşdur. O, eyni ildə Beynəlxalq Qadın İttifaqının Roma konqresindən qayıdan zaman ictimaiyyətin önündə öz niqabını çıxarmış, bu addım Misir qadınları üçün mühüm tarixi hadisəyə çevrilmişdi.
Şə'ravi eyni zamanda şair, jurnalist və yazıçı idi. Onun anıları 1981-ci ildə "Harem Years" adı ilə ingilis dilinə tərcümə edilmişdir. Hüda Şə'ravi müasir Ərəb dünyasında qadın hüquqlarının inkişafına böyük töhfə vermiş tarixi şəxsiyyətdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:23 iyunda doğulanlar Kateqoriya:1879-cu ildə doğulanlar Kateqoriya:12 dekabrda vəfat edənlər Kateqoriya:1947-ci ildə vəfat edənlər Kateqoriya:Feministlər Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Misirin qadın şahzadələri Kateqoriya:Misir siyasətçiləri