Tanya Saçdev (; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır.
Şahmat karyerası Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib.
1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur. 2006 və 2007-ci illərdə qadınlar arasında şahmat üzrə Hindistan çempionatının qalibi olub. 2007-ci ildə həmçinin, Tehranda keçirilmiş qadınların şəxsi Asiya çempionatında da qalib olub.
Tanya Saçdev müxtəlif illərdə qadınlardan ibarət şahmat üzrə Hindistan yığma komandasının heyətində Şahmat Olimpiadalarının, dünya və Asiya çempionatlarının iştirakçısı olub.
Şəxsi həyatı Tanya Saçdev 2014-cü ilin noyabr ayında hindistanlı memar Virac Keytariya ilə ailə həyatı qurub.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Tania Sachdev. Chessgames.com Tania Sachdev. 365Chess.com
Kateqoriya:Dehlidə doğulanlar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Hindistan şahmatçıları Kateqoriya:YouTuberlər Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları