Ruben Samuel Fleyşer ( ) — Nyu-Cersidə yaşayan amerikalı rejissor, film prodüseri, televiziya prodüseri, musiqi videosu rejissoru və kommersiya direktoru. O, daha çox "Zombieland" və onun davamı "Zombieland: Double Tap" filmlərinin rejissoru kimi tanınır. Bundan əlavə o, "Bacarıqsız oğrular", "Qanqsterlər dəstəsi", "Ançarted" və "Venom" filmlərinin də rejissorluğunu etmişdir. Fleşer Cisco, Eurostar, ESPN və Burger King kimi brendlərin televiziya reklamlarının prodüserliyini edib. Bununla yanaşı o, M.I.A., Electric Six, DJ Format və Gold Chains daxil olmaqla bir sıra sənətçilərin musiqi videolarının rejissoru olmuşdur.
İstinadlar
Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Yəhudi əsilli amerikalılar