Azərbaycanda yeni parlament seçkiləri (iyul 1998) — 1998-ci ilin iyul ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş yeni parlament seçkiləri.

Zəmin 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 9 saylı Birinci Xətai seçki dairəsindən seçilmiş bitərəf deputat Qərib Məmmədov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri təyin edilmişdir. Həmçinin 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Polad Bülbüloğlu 12 may 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən mədəniyyət naziri vəzifə təyin olunmuş və bu vəzifəni yeni hökumət dövründə də davam etdirmişdir. Sadəcə birinci çağırış üçün keçərli olan deputatların sadəcə 15%-nin vəzifə sahibi olma kvotası səbəbi ilə hər iki deputat vəzifələrində qalaraq mandatlarından məhrum olunmuşdur.

Namizədlər Vəzifə sahibi olan deputatların mandatlarından məhrum olunması səbəbi ilə Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı ilə boşalan yerlərə 26 iyul 1998-ci il tarixinə seçkilər təyin olunmuşdur. 9 saylı birinci Xətai seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası professor Həsən Mirzəyevin namizədliyini irəli sürmüşdür. 46 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Abbasqulu Fərzəliyev bitərəf olaraq namizəd olmuşdur.

Seçki nəticələri

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 3 avqust 1998-ci il tarixində 84 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10 avqust 1998-ci il tarixində protokola baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 9 saylı Birinci Xətai seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Həsən Mirzəyev, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsi üzrə isə bitərəf namizəd Abbasqulu Fərzəliyev deputat seçilmişdir.

Ümumi 9 saylı Birinci Xətai45 saylı Şuşa-Cəbrayıl-XocavəndCəmiSeçici sayı 47 82046 35294 172Ümumi səs30 77241 26572 037Seçici aktivliyi64%89%76.5%Deputat sayı11 2

Dairələr üzrə

9 saylı Birinci Xətai PartiyaNamizədSəsFaiz (%)Yeni Azərbaycan PartiyasıHəsən Mirzəyev21 42551.92 Ümumi səs41 265 100.00

45 saylı Şuşa-Cəbrayıl-Xocavənd PartiyaNamizədSəsFaiz (%)BitərəfAbbasqulu Fərzəliyev25 33982.34 Ümumi səs30 772 100.00

İstinadlar

Kateqoriya:Azərbaycanda əlavə, təkrar və yeni parlament seçkiləri Kateqoriya:1998-ci ildə seçkilər Kateqoriya:1998-ci ildə Azərbaycan