Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", ; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; ) — XIII əsr türkman ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir.
Tarixi şəxsiyyəti XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir".Norris, Islam in the Balkans, pp. 146-47. Müxtəlif mənbələr onu Mahmud HeyranininWittek, Yazijioghlu 'Ali on the Christian Turks..., p. 658 və ya Hacı Bektaş VəlininBabinger, Sarı Saltuk Baba (Ṣari Ṣaltik Dede), p. 171 şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər.Kiel, Ottoman urban development..., p. 287 XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur.Babinger, Ṣari Ṣaltik Dede, p. 172 XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Sarı Saltıq Albaniyada Kateqoriya:Türkiyə sufiləri Kateqoriya:Övliyalar Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Müsəlman dini liderlər