Yusif ibn Ömər ibn Şüeyb () — təqribən 910–915-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.

Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun əmisi Məhəmməddən sonra hakimiyyətə gəldiyi, təxminən 910-cu ildən 915-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli keçmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525. Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (2013). Prosopographie der mittelbyzantinischen Zeit Online. Berlin-Brandenburgische Akademie der Wissenschaften. Nach Vorarbeiten F. Winkelmanns erstellt (in German). Berlin and Boston: De Gruyter.

Kateqoriya:Krit əmirləri Kateqoriya:X əsr hökmdarları Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr Avropa monarxları