Əsəd Saqay (; ) — Osmanlı və Türkiyə hərbi zabit, təhsil xadimi, siyasətçi və keçmiş hökumət naziri.

Həyatı Əsəd Saqay 1874-cü ildə Yunanıstanın Saloniki şəhərinə yaxın, o dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Karaferiye şəhərində anadan olmuşdur. O,1894-cü ildə hərbi akademiyanı bitirmişdir. Bundan sonra Osmanlı imperiyasının bir hissəsi olan Suriyada xidmət müddətinin ardından hərbi akademiyada müəllim olaraq İstanbula qayıtmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu olacaq Mustafa Kamal onun tələbələri arasında idi. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə iştirak etmişdir. Saqay 1919-cu ildə polkovnik rütbəsində olarkən hərbi xidmətdən təqaüdə çıxmış və mülki həyata qayıtmışdır. O, 22 may 1938-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Makedoniya türkləri Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:Türkiyə pedaqoqları Kateqoriya:Türkiyə hərbçiləri Kateqoriya:Türkiyənin milli təhsil nazirləri