Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir.

2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır. Skarlett Yohansson isə "Evlilik hekayəsi" və "Dovşan Coco" filmlərindəki roluna görə 92-ci Oskar mükafatında qazandığı iki namizədliklə eyni ildə iki namizədlik qazanan son aktyordur. İki mükafatı eyni ildə qazanan olmamışdır. Siqurni Viver ("Dumandakı qorillər" və "İşləyən qız"), Emma Tompson ("Günün qalıqları" və "Atanın adı ilə"), Culianna Mur ("Cənnətdən uzaqda" və "Saatlar"), Keyt Blanşett ("Elizabet: Qızıl əsr" və "Mən orada deyiləm") və Skarlett Yohansson ("Evlilik hekayəsi" və "Dovşan Coco") namizəd göstərilsə də, mükafat qazanmayan beş aktyordur. Bunlardan Tompson aktyor namizədliyindən əlavə ssenarist namizədliyi də qazanan tək şəxsdir. Bu illər içərisində sadəcə 1993-cü ildə iki namizədlik qazanan iki fəqli aktyor olmuşdur: Holli Hanter ("Piano" və "Firma" filmləri ilə) və Emma Tompson "Günün qalıqları" və "Atanın adı ilə" filmləri ilə).

Namizədlər İlAktyor/AktrisaKateqoriyaNamizəd göstərilən filmNəticə1938Fey BeynterƏn yaxşı aktrisaAğ bannerlər Ən yaxşı ikinci plan aktrisaİezabel 1942Tereza RaytƏn yaxşı aktrisaYanki qüruru Ən yaxşı ikinci plan aktrisaXanım Miniver 1944Barri FitsceraldƏn yaxşı aktyorÖz yolunla get Ən yaxşı ikinci plan aktyor 1982Cessika LancƏn yaxşı aktrisaFrensis Ən yaxşı ikinci plan aktrisaTutsi 1988Siqurni ViverƏn yaxşı aktrisaDumandakı qorillər Ən yaxşı ikinci plan aktrisaİşləyən qız 1992Al PaçinoƏn yaxşı aktyorQadın ətri Ən yaxşı ikinci plan aktyorQlenqarri Qlen Ross 1993Holli HanterƏn yaxşı aktrisaPiano Ən yaxşı ikinci plan aktrisaFirma Emma TompsonƏn yaxşı aktrisaGünün qalıqları Ən yaxşı ikinci plan aktrisaAtanın adı ilə 2002Culianna MurƏn yaxşı aktrisaCənnətdən uzaqda Ən yaxşı ikinci plan aktrisaSaatlar 2004Ceymi FoksƏn yaxşı aktyorRey Ən yaxşı ikinci plan aktyorGirov 2007Keyt BlanşettƏn yaxşı aktrisaElizabet: Qızıl əsr Ən yaxşı ikinci plan aktrisaMən orada deyiləm 2019Skarlett YohanssonƏn yaxşı aktrisaEvlilik hekayəsi Ən yaxşı ikinci plan aktrisaDovşan Coco

İstinadlar Əsas

Digər

Xarici keçidlər The Official Academy Awards Database

Kateqoriya:Aktyorlar