Çaldaş məbədi - Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir.

IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb.

Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.

Kateqoriya:Alban kilsələri Kateqoriya:Gədəbəy rayonunun abidələri