Ram-Ki ( — Baham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi.
Coğrafiya San Salvador adasından cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir.
İnzibati bölgü Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir.
İqtisadiyyat XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir. Odur ki, indiki dövrdə əsas məşğuliyyət ada turizmdir. "Mərzlər" adlanan plantasiya sərhədləri adanın hər yerində görünə bilər. Bu plantasiyalar XIX əsrin əvvəllərinə, loyalistlərin orada məskunlaşdığı vaxta təsadüf edir. İndi demək olar ki, bütün ada sakinləri Port-Nelson kəndində yaşayır.
Tarixi Adanın şimalında lukayan təsvirləri və yazıları olan bir mağara var. Hindilərin yarasa nəcisi ilə mayalandırdıqları adanın münbit torpağında kəndlilər aravak dövrünə aid müxtəlif əşyalar tapmışlar.
İstinadlar
Xarici keçidlər
Ram-Ki adasının və onun sakini Billi Davisin fotoqalereyası Kateqoriya:Baham adalarının adaları Kateqoriya:Atlantik okeanın adaları