"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi.

Tarixi 2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmişGardner, Eric (February 19, 2014) "Gawker to Quentin Tarantino: We're Safely Based in the Cayman Islands" , The Hollywood Reporter. (Retrieved 3-5-2014.) "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır. 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir.

2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir. 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb. 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır.

21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür.

İstinadlar

Xarici keçidlər

Tom Zeller, Jr. New York Times.com: "A Blog Revolution? Get a Grip" (May 8, 2005) (registration required) Vanessa Grigoriadis, New York magazine: "Everybody Sucks: Gawker and the rage of the creative underclass" (October 22, 2007)

Kateqoriya:Nyu-York media şirkətləri Kateqoriya:Bloq şəbəkələri Kateqoriya:2003-cü ildə ABŞ-də yarananlar Kateqoriya:2016-cı ildə ləğv olunanlar