Dəniz Akkaya (; ) — Türkiyə modeli, aktrisası və aparıcısı.
Həyatı Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir.
Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir.
Şəxsi həyatı Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:Diceylər Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:XX əsr Türkiyə aktrisaları