İksion () — yunan mifologiyasında personaj. O, Korinf çarı Aletin oğlu və davamçısıdır.Hieronymus, Chronicon, 143-146.Diodoros, Bibliotheca historia, 7, frag. 9.

Korinf çarı İksion Heraklın övladlarından, Aletin oğlu idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş,Pausanias, Periégésis tés Hellados, 2,4,3. Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Pausanias, Periégésis tés Hellados, 2,4,4.

Qədim müəlliflər İksionun e.ə. 1066-ci ildən 1029-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir.Hieronymus, Chronicon, 130-135.Eusebios, Kronika 2,221.Diodoros, Bibliotheca historia, 7, frag. 9. Onun varisi öz oğlu I Agel olmuşdur.

İstinadlar

Kateqoriya:Korinfiya mifologiyası Kateqoriya:Qədim yunan mifologiyası personajları