Turabi Çamkıran () — Türkiyə aktyoru, rəqqas, müğənnisi və döyüşçüsü.
Həyatı 3 iyul 1987-ci ildə Mersində doğulub, ailəsi əslən Kahramanmaraşlıdır. O, həvəskar olaraq rəqs, breykdans, taekvondo, boks və muay tayla məşğul olub. O, Mersin Universitetindən məzun olub.
2013-cü ildə "Yetenek Sizsiniz Türkiyə" istedad müsabiqəsinə qatılaraq yarımfinala qədər yüksəlib. 2015 və 2018-ci illərdə "Survivor Türkiyə" yarışmasında iştirak edib. 2014 və 2015-ci illərdə birinci yeri qazanıb. Müxtəlif filmlərdə rol alıb. O, 2019-cu ildə ABŞ-də qatıldığı "The Challenge: War of the Worlds" adlı realiti şouda birinci yeri yutaraq qalib gəlib. Həmçinin Almaniyada keçirilən başqa bir müsabiqənin iştirakçısı olub.
Turabi 2025-ci ildə Los-Ancelesdə baş verən yanğınlara görə maddi zərər görüb. O, İnstaqram paylaşımında Türkiyəyə qayıtmaq istədiyini bildirib.
O, 2025-ci ilin əvvələrində mübahisələrə səbəb olan "Wine Me, Dine Me" adlı mahnısı ilə gündəmə gəlib. O, bu mahnısına görə sosial şəbəkələrdə tənqid olunub. Onu "Yunan müğənnisi" adlandırıblar. Haqqında "ədəbsizlik" maddəsi ilə istintaqa başlayıb, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XXI əsr Türkiyə aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları