Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc () — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib.

New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.

Film 6 oktyabr 2006-cı ildə ABŞ-də nümayiş olundu - film tənqidçilərdən mənfi rəylər aldı. Buna baxmayaraq film 16 milyon dollarlıq büdcə ilə 51 milyon dollardan çox pul topladı, lakin birinci hissədən daha az uğurlu oldu.

İstinadlar

Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:Sleşer filmləri Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:Maykl Beyin prodüseri olduğu filmlər Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:Platinum Dunes filmləri Kateqoriya:Adam oğurluğu haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:Kannibalizm haqqında filmlər Kateqoriya:Focus Features filmləri Kateqoriya:1939-cu il haqqında filmlər Kateqoriya:2006-cı ilin qorxu filmləri