Cessika Qrin (; ) — Avstraliya aktrisası.
Həyatı və karyerası Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.
Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.
Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Filmoqrafiya
Film İlBaşlıqRol2014RiseAmber2016Red BillabongRebekka2017Pirates of the Caribbean: Salazar's RevengeŞəhər qadını2019Cinoİzabella
Televiziya İlBaşlıqRolQeydlər2012Lightning PointKiki26 epizod2017 Dirty, Clean, & InbetweenLauraTelefilm2018Ash vs Evil DeadLexx1 epizod — "The Mettle of Man"Stage Mums Casting Assistant1 epizod — "The Waiting Room"Roman EmpireKleopatra2-ci mövsüm – "Julius Caesar: Master of Rome" — 2 epizod2018–2021The OutpostTalonBaş rol — 49 epizod
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları