Mirzəyev İmran Mirzəhüseyn oğlu () — Azərbaycan jurnalisti, "Vışka" qəzetinin baş redaktoru (1960–1969), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, Osman Mirzəyevin qardaşı.
Haqqında
İmran Mirzəhüseyn oğlu Mirzəyev 1 sentyabr 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşdür. Orta məktəbi bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra 1952-ci ildən Bakinski raboçi qəzetində əmək fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə qəzetdə ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1 sentyabr 1961-ci ildə SSRİ Mərkəzi Komitəsinin yanında İctimai Elmlər Akademiyasının aspirantura şöbəsinə daxil olmuş və 15 avqust 1964-cü ildə elmi iş müdafiə edərək Tarix üzrə Elmlər Namizədi elmi dərəcəsi adı almışdır. Ailəli olub, dörd övladı- üç qızı, bir oğlu var.
Fəaliyyəti
1964-cü ildən Azərbaycan SSRİ Mərkəzi Komitəsinin İdeologiya şöbəsində təlimatşı vəzifəsində çalışmış, 26 aprel 1965-ci ildən “Vişka” qəzetinin baş redaktoru təyin edilmişdir. 1 iyun 1968-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin olunmuşdur. Orda çalışdığı dövrdə bir sıra sənədli filmlərin ideya müəllifi olmuşdur.http://www.anl.az/down/meqale/zaman/2015/dekabr/465811.htm 1970-ci ildən 1 sentyabr 1992-ci ilə qədər Bakı Ali Partiya məktəbində baş müəllim, kafedra müdiri vəzifələrində çalışmışdır. 1967–1971-ci illərdə Azərbaycan SSR-nin 7-ci çağırış Ali Sovetinin 187 nömrəli Daşkəsən dairəsinindən deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikasının “Əməkdar jurnalist"i Fəxri adı almışdır. Eləcə də jurnalistika fəaliyyəti ilə bağlı müxtəlif illərdə “Qızıl qələm” və digər fəxri mükafatlar almışdır.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatlarının siyahısı Azərbaycan haqqında etüd (film, 1969)
Filmoqrafiya
Azərbaycan haqqında etüd (film, 1969) Azərbaycanın ağsaqqalları (film, 1969)
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Televiziyasının sədrləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:SSRİ jurnalistləri