Aşıq Çələbi, əsl adı Pir Mehmed () — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur.

Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır. 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.

İstinadlar

Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Türk dilində yazan şairlər Kateqoriya:Türk aşıqlar Kateqoriya:XVI əsr yazıçıları Kateqoriya:Sufilər Kateqoriya:Osmanlı divan şairləri Kateqoriya:XVI əsr tərcüməçiləri Kateqoriya:XVI əsr tərcüməçiləri Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:XVI əsr şairləri