Pioner 11 və ya Pioner G () — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq.
Pioner lövhələri Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Missiya XronologiyaTarixHadisə6 aprel 1973Yerli saatla 02:11:00-da qalxış.19 aprel 1974Asteroid qurşağını keçdi.3 noyabr 1974Yupiterin müşahidəsi başlandı. TarixHadisə2 dekabr 1974Yupiter peykləri ilə qarşılaşma.786.500 km uzaqlıqla Kallisto.692.300 km uzaqlıqla Qanimed.3 dekabr 1974314.000 km uzaqlıqla İo.586.700 km uzaqlıqla Avropa.127.500 km uzaqlıqla Amalteya1 yanvar 1975Faza başa çatdı.31 iyul 1979Saturnun müşahidəsi başlandı. TarixHadisə29 avqust 1979Saturn peykləri ilə qarşılaşma.1.032.535 km uzaqlıqla Yapet.13.713.574 km uzaqlıqla Feba.31 avqust 1979666.153 km uzaqlıqla Hiperion.1 sentyabr 19796.676 km uzaqlıqla Epimetey.45.960 km uzaqlıqla Atlas.291.556 km uzaqlıqla Diona.104.263 km uzaqlıqla Mimas.228,988 km uzaqlıqla Yanus.Tethys flyby at 329,197 km.222,027 km uzaqlıqla Enselad.109,916 km uzaqlıqla Kalipso.345,303 km uzaqlıqla Reya.2 sentyabr 1979362,962 km uzaqlıqla Titan.5 oktyabr 1979Faza başa çatdı.5 oktyabr 1979Ulduzlararası missiya başladı.
Yupiter Pioner 11 1974-cü ilin noyabr və dekabr aylarında Yupiterin yaxınlığına çatdı. Planetə ən yaxın yaxınlaşması 2 dekabrda baş tutdu. Beləcə Böyük qırmızı ləkənin təfərrüatlı şəkilləri əldə edildi.
Saturn
Hazırkı status Pioner 11 30 yanvar 2019-cu ildə Yerdən 100,84 au (1.5085×1010 km), Günəşdən 100 au (1.5×1010 km) uzaqlıqda idi; və 11,241 km/s (40,470 km/saat) sürətlə hərəkət edirdi. Kosmik gəmi hazırda Qalxan bürcü istiqamətində hərəkət edir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kosmik gəmilər