Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı.Vəliyev A.Ə. və b. 2021. Zəfər yatağının geologiyası, mineraloji tərkibi və genetik tipi. Bakı Dövlət Universiteti. GEOLOGİYA: PROBLEMLƏR, PERSPEKTİVLƏR» mövzusunda Respublika Elmi Konfransının M A T E R İ A L L A R I.New Copper and Gold Discovery at its Gedabek Licence Area . polaris.brighterir.com

Adlandırılması Sahədə aparılan ilkin axtarış-kəşfiyyat işlərinə “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2016-cı ilin aprel ayında başlanılmışdır. Həmin ərəfələrdə ölkə prezidenti İlham Əliyevin Aprel Döyüşlərini "Zəfər gedən yolunun başlanğıcı" aldandırması ilə kəşfiyyat aparılan ərazi "Zəfər" adlandırılmış və sonradan kəşf olunan yatağa da "Zəfər" adı verilmişdir. Əsas filiz kütləsi isə 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub.

Coğrafi mövqeyi Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km şimal-qərbdə, Gədəbəy yatağından 3.8 km şimal-qərbdə və Uğur yatağından 2.5 km cənub-qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir.

Kəşfiyyatı Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub. Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.Azərbaycanda yeni porfir mis-qızıl yatağı aşkar edilib – Adı “Zəfər”dir . aztv.azAzərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib . report.az Bu şirkətin Gədəbəy müqavilə sahəsindəQanunvericilik // Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA) . taxes.gov.az fəaliyyətdə olduğu 2005-ci ildən bəri kəşf etdiyi sayca 3-cü yataqdır. Belə ki, 2012-ci ildə Qədir və 2015-ci ildə Uğur yataqları kəşf olunmuşdur.

Geoloji quruluşu

Metallogeniyası Yataq Kiçik Qafqaz dağlarının Lök-Qarabağ vulkanik qövslərində, yerli Gədəbəy-Bittibulaq qırılması üzərində yerləşir. Bu qırılma üzərində Zəfər yatağında başqa Gədəbəy, Qədir, Uğur yataqları və Bittibulaq təzahürü mövcuddur. Zəfər yatağı isə Qədir və Uğur yataqları arasında mövqe tutur.

Genezisi İndiyə qədər yataqla bağlı həm Azərbaycanda, həm də Azərbaycandan kənarda pertoqrafik, mineraloji, kimyəvi və XRD analizləri aparılmışdır. Tədiqatlarda mineral tərkibi və münasibətlərinə görə yatağın epitermal sinfə aid olduğu müəyyən edilmişdir. Epitermal sistemin aşağı, orta və yaxud yüksək sulfidli növlərindən hansına aid olmasını təyin etmək məqsədi ilə hazırda elmi-tədqiqat işləri aparılır.Westhead et al. 2022. Geological setting and mineralisation styles of the Zəfər (Zafar) epithermal deposit in the Lök-Qarabağ volcanic arc, the Lesser Caucasus, Azerbaijan; a newly discovered deposit in Western Asia. SEG 2022 Conference: Minerals For Our Future

Süxur və minerallar Yataq böyük ölçüdə Üst Bayos yaşlı süxurlardan təşkil olunmuşdur. Quyulardan götürülümüş nümunələrin üzərində aparılan petroqrafik tədqiqatlarla yataqda yayılmış süxurların daha çox turş və orta tərkibli törəmə kvarsit, andezibazalt, andezit, andezit tufları, dasit, riolit və riolit tuflarından ibarət olduğu müəyyən edilmişdir.

Zəfər yatağında sulfid mineralları üstünlük təşkil edir. Əsas filiz saxlayan kütlə müxətif formalı – kristallik, massiv, yarımmassiv pirit, xalkopirit, bornit, sfalerit, qalenit, kovellit, tetrahedrit, tennantit, yəşəm və baritdən ibarətdir. Yer səthindən dərinliyə doğu oksid mineralları olan hematit və limonit, dəyişilmə minerallarından isə xlorit və epidot qrupu mineralları müşahidə olunur. Filiz mineralları arasında yerdəyişmə teksturu üstünlük təşkil edir.

Filiz kütləsi Filiz kütləsi Yer səthindən təxminən 250 m dərinlikdən etibarən başlayır və 500 m, bəzən daha da dərinliklərə qədər uzanır. Bu filizlər əsas etibarı ilə riolitlərdə toplanıb.

Ehtiyatları Yataq əsas etibarı ilə mis, ondan az miqdarda isə qızıl və sink kütləsindən ibarətdir. 16 avqust 2021-ci ildə təqdim olunmuş "The Maiden JORC mineral resource” hesabatına görə yataqda 51000 ton mis, 82000 unsiya qızıl və 40000 ton sink mövcuddur.In 2018, Anglo Asian Mining commenced a three year comprehensive exploration programme of its three contract areas. . angloasianmining.com

Həmçinin bax

Gədəbəy yatağı Vejnəli yatağı Qızılbulaq yatağı

İstinadlar