Kopirayt işarəsi ( sözündən) və ya müəlliflik hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə UNESCO tərəfindən qəbul edilmiş Ümumdünya Müəlliflik hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.

İstinadlar

Kateqoriya:Müəlliflik hüququ Kateqoriya:Simvollar