Engin Akyürek () — məşhur Türk film və televiziya aktyoru.
Həyatı və Karyerası Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada doğulub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi tarix bölümünün məzunu olan Engin, "Türkiye'nin Yıldızları" adlı yarışma proqramında birinci olaraq aktyorluğa başladı. Yarışma bitəndən sonra "Yabancı Damat" serialına dəvət aldı. Sonrakı illər Türkiyənin ən məşhur "Karayılan", "Bir Bulut Olsam", "Fatmagül'ün Suçu Ne?", "Kara Para Aşk", "Ölene Kadar", "Sefirin Kızı" seriallarında uğurla baş rolları ifa etdi. Bununla bərabər "Kader", "Bi Küçük Eylül Meselesi", "Çocuklar Sana Emanet", "Bir Aşk İki Hayat" bədii filmlərdə də baş rollara çəkildi.
Filmoqrafiya
Film 2006: Kader 2014: Bi Küçük Eylül Meselesi 2018: Çocuklar Sana Emanet 2019: Bir Aşk İki Hayat
Serial 2004–2007: Yabancı Damat 2007–2008: Karayılan 2009: Bir Bulut Olsam 2010–2012: Fatmagül'ün Suçu Ne? 2014–2015: Kara Para Aşk 2017: Ölene Kadar 2019–2021: Sefirin Kızı 2023: Adım Farah 2025: Bereketli Topraklar
İnternet 2022: Yolun Açık Olsun 2022: Kaçış 2025: Enfes Bir Akşam
Reklam 2021: Shell
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları