Aleksandr Artyomoviç Adabaşyan (; ) — SSRİ və Rusiya ssenaristi, rəssamı, rejissoru, aktyoru, RSFSR-in əməkdar artisti (1983), Rusiya Federasiyasının əməkdar artisti (2016).
Həyatı Aleksandr Adabaşyan 10 avqust 1945-ci ildə SSRİ-də, Moskvada ermənilər Artyom Adabaşyan və Valentina Barxudarovanın ailəsində anadan olmuşdur. Anası alman dili müəllimi, atası mühəndis, Montaj və Tikinti İşləri Nazirliyində baş idarənin rəisi işləmişdir.
Aleksandr Adabaşyan 1971-ci ildə Stroqanov adına Moskva Rəssamlıq və Sənaye Akademiyasını bitirmişdir. O, 1970-ci illərin əvvəlindən kinoda "Mexanik fortepiano üçün yarımçıq parça" (1977), "Beş axşam" (1979), "Oblomovun həyatında bir neçə gün" (1980) filmlərinin ssenari müəllifi (Nikita Mixalkov ilə) olmuşdur. Adabaşyanın incə zövqü, müxtəlif janrların xüsusiyyətlərinə dərindən nüfuz etməsi bu filmlərin üslubunu böyük ölçüdə müəyyənləşdirdi.
İstinadlar
Xarici keçidlər
Александр Адабашьян в "Энциклопедии отечественного кино"
Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Rusiya rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:XXI əsr rəssamları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya erməniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ermənistan aktyorları Kateqoriya:Ermənistan rəssamları Kateqoriya:Ermənistan ssenaristləri