Varvara Corcadze (; ) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi.

Bioqrafiya 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır.

1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar.

1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.

1858-ci ildə Siskari (Səhər şəfəq) jurnalı onun gənc nəslin liberal hisslərinin təmsilçisi İlya Çavçavadze ilə yazdığı polemikasını dərc edir. Varvara Corcadze Çavçavadzenin mövqeyini tənqid edən kimi çıxış etdiyindən (iyirmi il sonra onların inancları dəyişdi) mübahisə "atalar və uşaqların müharibəsi" adlandırılır.

Kutaisi teatrı İlya Çavçavadzenin kəskin tənqidinə məruz qalan Varvara Corcadzenin "Axtardığım və tapdığım" tamaşasını səhnələşdirsə də, o, şairənin bir sıra əsərlərini özünün "Sakartvelos moambe" ("Gürcüstan bülleteni") ictimai-ədəbi jurnalında dərc etdirib.

Ömrünün son illərini Lənkəranda işləyən oğlu Mixaillə birgə yaşayıb. 1895-ci il aprelin 10-da o, faytonla Qremidən Tiflisə yola düşür və oradan Lənkərana oğlunun yanına gedir. Arabasına əyləşəndə halı pisləşir, onu özünə gələ bilmir, ürəyi gedir. O, qardaşı Rafael Eristavinin yanında dəfn edilir.

Xatirəsi 1988-ci ildə Varvar Corcadzenin nəsr, poeziya, publisistika, tənqid və dramaturgiyadan ibarət "Seçilmiş əsərlər" adlı kitabı işıq üzü görür.

Bir sıra restoranlar Varvara Jorjadzenin kitabında göstərilən reseptə əsasən gürcü mətbəxi üzrə ixtisaslaşmışdır.

Ailə Atası — David Eristavi (1795 -?).

Anası — Nino Eristavi (nee Amilaxvari).

Qardaşı — Şahzadə Rafael Eristavi (1824–1901), gürcü şairi, tərcüməçisi, etnoqrafı və folklor kolleksiyaçısı.

Bacısı — Anna Eristavi-Çavçavadze, gənc zamanda ölür.

Qardaşı — Sosiko Eristavi kənd təsərrüfatı ilə məşğul idi.

Əri — Zaxari Corcadze, əsgər.

Oğlu — Noşrevan Corcadze.

Oğlu — Mixail Corcadze.

Qızı — Alman əsilli vəkil Nikolay Gextmanla evli olan Manana Corcadze.

İstinadlar

Kateqoriya:Gürcüstan dramaturqları