"Qaz işığı" () — rejissor Corc Kyukorun filmi.

Məzmun

Neçə il bundan əvvəl boğularaq öldürülmüş məşhur opera müğənnisinin evinə həmin qadının yeganə varisi öz əri ilə yaşamağa gəlir. Gözəl və hər bir şeyə qarşı həssas olan varis Pola Olkvist öz fortepiano müəlliminə ərə getmişdir. Həmin evə gələn Pola uşaqlıq illərini xatırlayır. O zaman xalası öldürülərkən nə qətlin, nə də itmiş daş-qaşın kim tərəfindən oğurlanmasının üstü açılmamışdı.

Evin qaranlıq və cansıxıcı mühiti getdikcə Polanı sıxmağa, ona əzab verməyə başlayır. O, demək olar ki, evdən bayıra çıxmır. Nədənsə ona elə gəlir ki, hər axşam evin qaz işığı azalmağa başlayır və bundan sonra onun başı üzərindəki boş çardaqdan naməlum addım səsləri gəlməyə başlayır. Pola dəli olduğunu, ağlının çaşdığını hiss edir.

Öldürülmüş müğənninin pərəstişkarı olan inspektor Brayen Polanı görəndə onun həmin müğənniyə olan zahiri oxşarlığına təəccüblənir. Brayen həmin evi güdməyə başlayır. Polanın heç də dəli olmadığını başa düşür. Onu bu mənasız xülyadan ayırır. Tədricən Brayen qətlin açılmasına nail olur.

Film haqqında

Film ingilis dramaturqu Petrik Hemilton tərəfindən 1938-ci ildə yazılmış "Mələklər küçəsi" pyesi əsasında çəkilmişdir. Film aktrisa Ancela Lensberinin kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Petrik Hemilton Rejissor : Corc Kyukor Operator : Cozef Ruttenberq Bəstəkar : Bronislav Kaper

Rollarda

Aktyor Rol Şarl Buaye Qreqori Anton İnqrid Berqman Pola Olkvist Cozef Kotten Brayan Kameron Mey Uitti Tueyts Ancela Lensberi Nensi Oliver Barbara Everest Elizabet Tompkins Emil Remyu maestro Quardi Terri Mur 14 yaşlı Pola

Xarici keçid

Video

İzlə

YouTube

Azərbaycan dilində

Filmin treyleri sayt YouTube

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Corc Kyukorun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:1944-cü ilin filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Nuar film Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Triller dram filmləri Kateqoriya:İtaliya haqqında filmlər