Leonid Rubenoviç Azqaldyan (; ) — SSRİ və Ermənistan fiziki, hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Dağlıq Qarabağ separatçılarının liderlərindən biri olmuşdur.
Həyatı Leonid Rubenoviç Azqaldyan 22 noyabr 1942-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. O, Moskva Dövlət Universitetinin və İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, avtomatik idarəetmə sistemləri sahəsində çalışmışdır. Azqaldyan Qarabağ hərəkatının liderlərindən biri olmuş, 1990-cı ilin fevralından Ermənistanın və Qarabağın bir sıra rayonlarında hərbi birliklər təşkil etmiş və əməliyyatlar həyata keçirmişdir. O, 1991-ci ildə Ovsep Ovsepyanla birlikdə "Azadlıq Ordusu" hərbi təşkilatını yaratmışdır.
Mükafatlar Leonid Azqaldyan ölümündən sonra I dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. O, ölümündən sonra, 31 avqust 2019-cu ildə "Artsax Qəhrəmanı" adına layiq görülmüş və "Qızıl qartal" ordeni ilə təltif edilmişdir.Hetq.am: A Soldier of Independence haybachdban.org: AN ESSAY ON THE PSYCHOLOGY OF THE ARMENIAN FIGHTERS OF ARTSAKH WAR (1988—1994)
İrsi Ermənistanın paytaxtı İrəvan şəhərində onun büstü mövcuddur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Ermənistan fizikləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar