Elayza Teylor (, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa.

Bioqrafiya Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi.

Karyera Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.

2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi. O bu rolu müsahibə vermədən, sadəcə olaraq, prodüserlərə öz tərcümeyi-halını video şəklində göndərməklə aldı. Premyerası 19 mart 2014-cü ildə baş tutdu.

2016-cı ildə Elayzanın Daniel Uebberlə birlikdə oynadığı "Thumper" filmində Ket Karter rolunu aldığı məlum oldu.

Şəxsi həyat Elayza rəfiqəsi Claire Wyndham ilə birlikdə Taylandın Tau adasında qeyri-kommersiya məqsədi daşıyan Tau Beynəlxalq İbtidai Məktəbini qurdular.

7 iyun 2019-cu ildə Taylor "100" filmində həmkarı Bob Morli ilə gizli şəkildə evləndiyini, 7 fevral 2022-ci ildə isə hamilə olduğunu elan etdi. 18 mart 2022-ci ildə uşağı dünyaya gəldi.

İstinadlar

Kateqoriya:24 oktyabrda doğulanlar Kateqoriya:1989-cu ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları