Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti.
Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir.Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215 Coğrafi yayılma Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləri.
İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri.
Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri.
Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran
Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri.
Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri.
Tarixi XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir. Bu dil barədə ilk qeydlər Aleksandr Romaskeviç və Avrel Şteyn tərəfindən aparılmışdır. Aleksandr Romaskeviç Şiraz bölgəsində yaşayan qaşqayların 35 xalq mahnısını toplamışdır.Romaskeviç və Kovalskinin fikirlərincə Qaşqay dili Azərbaycan dilinin bir ləhcəsidir. Karl Henrix Menqes isə bu dilin Osmanlı türkcəsinin bir qolu olduğunu düşünürdü.
Demoqrafiya İranda 1982-ci (hicri-şəmsi 1361-ci) ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, köçəri qaşqayların ümumi sayı 200.000 idi. 1997-ci ildə aparılan araşdırma nəticəsində təxminən 1,5 milyon adamın (burada yalnız köçəri həyat tərzi sürən qaşqaylar nəzərə alınmışdır) qaşqay dilində danışdığı ehtimal olunmuşdur.
Müqayisə +MüqayisəAzərbaycancaQaşqaycaAta, baba (dialekt söz), dədə (dial.), bava (dial.), aba (dial.), qaqqa (dial.), qağa (dial.)Bova / Bowa, ataAna, nənə (dial.), aba (dial.), adiy (dial.), ciyi (dial.), ciji (dial.), cici (dial.)Ana, nənəOğulOğulKişi (erkək mənasında)KişiQızQız, qez (fars dilindən təsirlənmiş tələffüz variantı)GəlinGəlinQayınana, qaynana (xalq arasındakı tələffüz variantı), qaynənə (dial.), qəynənə (dial.)QəynənəÜrək, ürəy / ürey (xalq arasındakı tələffüz variantı), yürək (dial.)İrəg, ürəgQanQanBaşBaşSaç, tük, qılTik, qel (fars dilindən təsirlənmiş tələffüz variantı)GözGez (fars dilindən təsirlənmiş tələffüz variantı), gözKirpik, kirpik (dial.)KirpigQulaqQulaqBurunBurnBarmaqBurmaqBaldırBallırQarınQarnAtAtİnək, sığırSeğer (fars dilindən təsirlənmiş tələffüz variantı)İt, köpəkKepək (fars dilindən təsirlənmiş tələffüz variantı)Ev, əv (dial.), öy (dial.)ƏvÇadırÇador (fars dilindən təsirlənmiş tələffüz variantı)Ox, tir (farscadan alınma, arxaik söz; əsasən ədəbiyyatda istifadə olunur)Ox, tirOd, alovOtKülKil, külSuSuGölGel (fars dilindən təsirlənmiş tələffüz variantı), gölGün, günəşGin, günBuludBulutUlduzUlluzAğac, ağaj (xalq arasındakı tələffüz variantı)AğajAllah, Tanrı, XudaAllah, Tarı, Xoda (fars dilindən təsirlənmiş tələffüz variantı)Yeni, yengi (köhnəlmiş, arxaik tələffüz; hazırda həmçinin dialekt)YengiGöyGey (fars dilindən təsirlənmiş tələffüz variantı), göyAğAqQara, qərə / ğərə (dial.)QərəQırmızı, qızıl ("qırmızı rəng" mənası köhnəlmiş olan bir söz)Qızıl1 — BirBir, yek (farscadan alınma)2 — İkiİkki / iki / ikke / ekki, do / dö (farscadan alınma)3 — ÜçÜç, üs, ış, üş,4 — DördDörd, dört, dörth5 — BeşBeş, penc / pənc (farscadan alınma)6 — AltıAltı, alti7 — YeddiYeddi, hef / həft (farscadan alınma)8 — SəkkizSeggiz / Sakkiz9 — DoqquzDoğğuz10 — OnOn / Dəh (farscadan alınma)20 — İyirmi, yirmi / igirmi (xalq arasındakı tələffüz variantı)Yirmi / igirmi, bist (farscadan alınma)30 — OtuzOttiz / Ottuz / Otuz40 — QırxQırx / Ğerx / Ğirx50 — ƏlliƏlli / elli60 — AltmışAltmış70 — YetmişYetmiş / Yethmiş, həftad (farscadan alınma)80 — Səksən, səysən (xalq arasındakı tələffüz variantı), həştad / həştat (farscadan alınma və xalq arasında istifadə olunan söz)Səksen / səğsen / səhsan, həştad / heştad (farscadan alınma)90 — DoxsanDoqsan / Neved / Nəvəd / Navəd (farscadan alınma)100 — YüzÜz / yüz1000 — MinMin / Hezar / həzar (farscadan alınma)
İstinadlar
Kateqoriya:İran dilləri Kateqoriya:İsfahan ostanında danışılan dillər Kateqoriya:Azərbaycan dili Kateqoriya:Azərbaycan dilinin dialektləri