Qarayev İsmayıl Abuzər oğlu () — Azərbaycan yazıçısı, nasir, şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü (1973), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1991).
Həyatı İsmayıl Qarayev 1927-ci il dekabr ayının 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Tap Qaraqoyunlu natamam orta məktəbində təhsilini başa vurduqdan sonra (1941) həmin kənddəki "Meydanalı" kolxozunda kolxozçu işləmişdir (1941–1946). Gəncə Tibb Texnikumunu (1949), ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Samux rayonu Alpout kənd feldşer məntəqəsində feldşer və müdir (1949–1951), Qasım İsmayılov (indiki Goranboy) rayon SES-də qrup müdiri (1951–1952) və epidemioloq köməkçisi (1952–1954), Yevlax rayon Malbinəsi kənd feldşer məntəqəsində müdir, Səmədabad kəndində, "28 aprel" sovxozunda, Yevlax şəhər xəstəxanasının poliklinikasında feldşer (1954–1957), Xəzər Səhiyyə Şöbəsində və Zığ xəstəxanasında feldşer (1957–1958), Xəzər Hövzə SES-də gəmi feldşeri (1958–1965), Goranboy rayon Qaşaltı Qaraqoyunlu səkkizillik məktəbində müəllim, "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi (1966), "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor bə baş redaktor (1967–1974) işləmişdir.
Bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlamışdır. Dövri mətbuatda hekayə, oçerk, povest və romanları çap edilmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət ədəbi verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. Əsərləri efirdə səsləndirilmişdir.
"Gənclik" nəşriyyatında işlədiyi vaxt nəşriyyatda nəşr olunan bir çox əsərlərin (xüsusilə, Süleyman Rəhimovun, Əli Vəliyevin, Cəmil Əlibəyovun, Ələviyyə Babayevanın, Qılman İsmayılovun, Əlibala Hacızadənin və bir sıra digər yazıçıları əsərlərinin) redaktə olunmasında, işıq üzü görməsində xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə redaktoru olduğu kitabların ikinci müəllifi adlandırılan İ. Qarayev nəşriyyatda çalışdığı müddətdə Süleyman Rəhimov və Əli Vəliyevin zəmanəti ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir (28.02.1973). Ümumittifaq tənqid və ədəbiyyatşünaslıq şurasının üzvü seçilmiş (1976), Ədəbiyyat fondunun üzvü olmuşdur (12.09.1973).
İlk kitabı – "O və mənim anam" 1964-cü ildə "Azərnəşr"də çapdan çıxmışdır. V. B. Şklovskinin "Səyyah Marko Polo" (1972) əsərini tərcümə etmişdir.
Qələmini təkcə nəsr sahəsində deyil, həm də nəzm sahəsində sınamış, bir neçə mənzum dastan, poema və çoxlu sayda şeirlər yazmış və bəzilərini mətbuatda dərc etdirmişdir. Uzun müddət "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmiş, dövrün eybəcərliklərindən bəhs edən hekayələri bu jurnalda dərc olunmuşdur. Təkcə respublika mətbuatında deyil, həm də keçmiş SSRİ məkanında bir sıra ədəbi jurnal və qəzetlərdə əsərləri dərc olunmuş, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İttifaq miqyaslı bir sıra ədəbi jurnal və qəzetlərdən əsərlərini nəşr üçün onlara təqdim etməsi ilə bağlı onlarla məktublar göndərilmişdir.
Represiyaya məruz qalmışdır. Lakin həbsxana illəri ruhdan düşməyib bədii yaradıcılığını davam etdirmiş, neçə-neçə roman, povest, hekayələr yazmışdır. Azadlığa çıxandan sonra bir müddət Bakıda, sonra isə ömrünün sonuna qədər doğma kəndində yaşamışdır. Ölümündən sonra bəraət almışdır. Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə bərpa olunmuşdur (1991). "Azərbaycan" jurnalında "Bir kəndin uşaqları" adlı povesti, "Ulduz" jurnalında "Məni tanıdınmı" romanından parça, "Gənclik" jurnalında "Yetim Hüseyn" hekayəsi, "Azərbaycan gəncləri" qəzetində şeirləri, "Yazıçı" nəşriyyatında "Dağlar dağımdır mənim" romanı, "Kriminal" qəzetində və "Arzu" jurnalında "Sxodka" adlı povesti dərc edilmişdir. Haqqında Tofiq Mahmud "Ulduz hər zaman parıldamır" adlı məqalə yazmış, Azərbaycan Milli Televiziyası "Öz ömrünü yaşamayan adam" adlı veriliş hazırlamışdır. Yazıçının həyat və yaradıcılığından bəhs edən "Qələmə sarılmış ömür" bibliorqafik göstərici" kitabı (müəlliflər: Əmin Əfəndiyev, Zakirə Əliyeva) nəşr edilmişdir (2008). O, həm də tərcümələr etmişdir. Əsərləri rus və türk dillərinə tərcümə edilmişdir. Yazıçının saytı fəaliyyət göstərir (www.ismayilqarayev.tr.gg/). Yazıçının arxivində 15-ə qədər roman, 40-ə qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır. 1996-cı ildən yazıçının adını daşıyan "İsmayıl" nəşriyyatı fəaliyyət göstərir.
Ölümü 1989-cu il oktyabrın 11-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur.
Şair, bəstəkar Xanım İsmayılqızının atasıdır. Yazıçı, publisist Vəsimə İsmayılqızının atasıdır. Naşir Qoşqar İsmayıloğlunun atasıdır.
Əsərləri (xronologiya ilə) O və mənim anam. Bakı: Azərnəşr, 1964, 191 səh. Aydınlıq. Bakı: Gənclik: 1968, 164 səh. Tərtərin mahnıları. Bakı: Gənclik, 1969, 51 səh. Dəniz və dənizçi zarafatları. Bakı: Gənclik, 1970, 224 səh. Ömür (roman). Bakı: Gənclik, 1971, 224 səh. Əməyin bəhrəsi. Bakı: Azərnəşr, 1972, 31 səh. Gecə keçir. Bakı: Gənclik, 1973, 191 səh. Dağlar dağımdır mənim. Bakı: Yazıçı, 1994, 244 səh. Sxodka (mikroroman). Bakı: Qapp-Poliqraf, 136 səh. Сходка (микророман). Баку: Гапп-Полиграф, 2000, 152 стр. Yalandır (mikroroman). Bakı: Çinar-Çap, 2002, 40 səh. Küçələr kəsişir, yollar kəsişir (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh. İnsan var hələ (mikroroman). Bakı: Çinar-Çap, 2002, 44 səh. Qanlı məktub (mikroroman). Bakı: Çinar-Çap, 2002, 60 səh. Bağışla, baba! (mikroroman). Bakı: Çinar-Çap, 2002, 96 səh. Bir görüş, bir ayrılıq (mikroroman). Bakı: Çinar-Çap, 2002, 76 səh. Şirzad kişi (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh. Dərə çəkir adamı (mikroroman). Bakı: Çinar-Çap, 2002, 88 səh. Bu güllər ətirlimi? (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh. Saralmış yarpaqlar. (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh. Söyüdlər quruyur (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh. Bahar ötdü (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh. İntihar (mikroroman). Bakı: Çinar-Çap, 2003, 80 səh. Məni tanıdınmı (I kitab. "Payız yarpaqları" silsiləsindən roman). Bakı: Çinar-Çap, 2003, 252 səh.
Əsərləri (əlifba sırası ilə) Ağ yuxu (roman). B., "Çinar-Çap", 2003, 136 səh., 1 000 nüsxə; Ağ yuxu (roman). B., "Çinar-Çap", 2008, 132 səh., 1 000 nüsxə; Adanın sirri (povest). B., "Çinar-Çap", 2008, 116 səh., 1 000 nüsxə; Aman həsrət əlindən (roman). B., "Çinar-çap", 2008, 96 səh., 1 000 nüsxə; Aşiqlər (povest). B., "Çinar-Çap", 2004, 132 səh., 1 000 nüsxə; Atam (povest). B., "Çinar-Çap", 2008, 112 səh., 1 000 nüsxə; Ata həsrəti (hekayələr). B., "Çinar-çap", 2006, 124 səh., 1 000 nüsxə; Aydınlıq O və mənim anam (povestlər). B., "Azərnəşr", 1964, 191 səh., 20 000 nüsxə; Aydınlıq O və mənim anam (povestlər). B., "Çinar-çap", 2004, 132 səh., 1 000 nüsxə; Bağışla, baba! (mikroroman). B., "Çinar-Çap", 2002, 96 səh., 1 000 nüsxə; Bağışla, baba! (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə; Bahar ötdü (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə; Bahar ötdü (mikroroman). B., "Çinar-Çap", 2008, 92 səh., 1 000 nüsxə; Belə deyilmi (povest). B., "Çinar-Çap", 2004, 132 səh., 1 000 nüsxə; Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2002, 76 səh., 1 000 nüsxə; Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2003, 76 səh., 1 000 nüsxə; Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2007, 72 səh., 1 000 nüsxə; Bir kəndin soraqları (roman). B., "Çinar-Çap", 2004, 248 səh., 1 000 nüsxə; Bir kəndin uşaqları (povest). B., "Çinar-Çap", 2003, 84 səh., 1 000 nüsxə; Budaqlar (roman). B., "Çinar-Çap", 2003, 288 səh., 1 000 nüsxə; Budaqlar (roman). B., "Çinar-Çap", 2007, 284 səh., 1 000 nüsxə; Bu güllər ətirlimi? (mikroroman). B., "Çinar-Çap", 2003, 60 səh., 1 000 nüsxə; Çinar (hekayələr). B., "Çinar-çap", 2005, 116 səh., 1 000 nüsxə; Dağlar dağımdır mənim (roman və povest). B., "Yazıçı", 1994, 248 səh. 3 000 nüsxə; Dağlar dağımdır mənim (roman və povest). B., "Çinar-çap", 2003, 308 səh., 1 000 nüsxə; Dağlar dağımdır mənim (roman və povest). B., "Çinar-çap", 2007, 304 səh., 1 000 nüsxə; Dağlar qızına məktub (povestlər və ssenarilər). B., "Çinar-Çap", 2008, 104 səh., 1 000 nüsxə; Damcılar (roman). B., "Çinar-Çap", 2004, 140 səh., 1 000 nüsxə; Dəniz və dənizçi zarafatları (povestlər). B., "Gənclik", 1970, 224 səh., 15 000 nüsxə; Dəniz və dənizçi zarafatları (povestlər). B., "Çinar-çap", 2004, 236 səh., 1 000 nüsxə; Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2002, 88 səh., 1 000 nüsxə; Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2003, 88 səh., 1 000 nüsxə; Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2007, 256 səh., 1 000 nüsxə; Eşidirsənmi? (hekayələr). B., "Çinar-Çap", 2008, 128 səh., 1 000 nüsxə; Əməyin bəhrəsi (sənədli oçerk). B., "Azərnəşr", 1972, 32 səh., 5 000 nüsxə; Gecə keçir (roman). B., "Gənclik", 1973, 192 səh. 20 000 nüsxə; Gecə keçir (roman). B., "Çinar-çap", 2005, 208 səh., 1 000 nüsxə; Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2005, 172 səh., 1 000 nüsxə; Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2007, 168 səh., 1 000 nüsxə; Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2005, 176 səh., 1 000 nüsxə; Güzgülər (povest). B., "Çinar-Çap", 2003, 148 səh., 5 000 nüsxə; Güzgülər (povest). B., "Çinar-Çap", 2004, 148 səh., 1 000 nüsxə; Xəzər çalxalananda (oçerklər). B., "Çinar-çap", 2008, 64 səh., 1 000 nüsxə; Insan var hələ (mikroroman). B., "Çinar-Çap", 2002, 44 səh., 1 000 nüsxə; Insan var hələ (mikroroman). B., "Çinar-Çap", 2007, 40 səh., 1 000 nüsxə; Intihar (mikroroman). B., "Çinar-Çap", 2003, 80 səh., 1 000 nüsxə; Intihar (mikroroman). B., "Çinar-Çap", 2007, 76 səh., 1 000 nüsxə; Itirilmiş tufan (povest). B., "Çinar-Çap", 2004, 86 səh., 1 000 nüsxə; Kölgə (povest). B., "Çinar-Çap", 2006, 212 səh., 1 000 nüsxə; Küçələr kəsişir, yollar kəsişir (mikroroman). B., "Çinar-Çap", 2002, 48 səh., 1 000 nüsxə; Küçələr kəsişir, yollar kəsişir (mikroroman). B., "Çinar-Çap", 2007, 44 səh., 1 000 nüsxə; Qanlı məktub (mikroroman). B., "Çinar-Çap", 2002, 60 səh., 1 000 nüsxə; Qanlı məktub (mikroroman). B., "Çinar-Çap", 2007, 56 səh., 1 000 nüsxə; Məni tanıdınmı (roman. "Payız yarpaqları" silsiləsindən). B., "Çinar-Çap", 2003, 260 səh., 5 000 nüsxə; Məni tanıdınmı (roman. "Payız yarpaqları" silsiləsindən). B., "Çinar-Çap", 2007, 260 səh., 1 000 nüsxə; Məni bağışlarsanmı? (pyeslər). B., "Çinar-Çap", 2008, 148 səh., 1 000 nüsxə; O və mənim anam (povest və hekayələr). B., "Azərnəşr", 1964, 191 səh., 20 000 nüsxə; O və mənim anam (povest və hekayələr). B., "Çinar-çap", 2004, 120 səh., 1 000 nüsxə; Ömür (roman). B., "Gənclik", 1971, 224 səh. 20 000 nüsxə; Ömür (roman). B., "Çinar-çap", 2005, 228 səh., 1 000 nüsxə; Piyada (hekayələr). B., "Çinar-çap", 2005, 172 səh., 1 000 nüsxə; Sabaha nə qalıb ki… (roman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə; Sabaha nə qalıb ki… (roman). B., "Çinar-Çap", 2007, 284 səh., 1 000 nüsxə; Saralmış yarpaqlar (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə; Saralmış yarpaqlar (mikroroman). B., "Çinar-Çap", 2007, 92 səh., 1 000 nüsxə; Səciyyə (pyeslər). B., "Çinar-çap", 2008, 180 səh., 1 000 nüsxə; Səhər açılır (mikroroman). B., "Çinar-Çap", 2004, 128 səh., 1 000 nüsxə; Sxodka (mikroroman). B., "Qapp-Poliqraf", 2000, 136 səh. 5 000 nüsxə; Sxodka (mikroroman). B., "Qapp-Poliqraf", 2000, 120 səh. 5 000 nüsxə, (rus dilində); Sxodka (mikroroman). B., "Çinar-Çap", 2002, 152 səh., 1 000 nüsxə; Sxodka (mikroroman). B., "Çinar-Çap", 2003, 152 səh., 1 000 nüsxə; Son dəfə (hekayələr). B., "Çinar-çap", 2006, 168 səh., 1 000 nüsxə; Söyüdlər quruyur (mikroroman). B., "Çinar-Çap", 2003, 60 səh., 1 000 nüsxə; Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2002, 48 səh., 1 000 nüsxə; Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2003 48 səh., 1 000 nüsxə; Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2007, 44 səh., 1 000 nüsxə; Tanıdı (povest). B., "Çinar-Çap", 2008, 148 səh., 1 000 nüsxə; Tez böyü, oğlum (hekayələr). B., "Çinar-Çap", 2005, 198 səh., 1 000 nüsxə; Tərtərin mahnıları (sənədli povest). B., "Gənclik", 1969, 52 səh. 3 300 nüsxə;