Anton Portman () – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir.

Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır.

Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər. Meyci hökuməti imtiyazın şoqunluğun dağılmasından sonra verildiyini bildirərək bu tələbi rədd etmişdir. ABŞ-nin etirazılarından sonra hökumət Britaniyanın maddi və texniki dəstəyi ilə Tokio-Yokohama dəmiryolunun tikilməsinə razılıq verilmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:ABŞ diplomatları Kateqoriya:Hollandəsilli amerikalılar