Ərdəşəvi — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponomikası Ərdəşəvi kəndi dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Bəzi mənbələrdə Ardaşavi kimi də verilmişdir.

Ərdəşəvi kəndi haqqında tədqiqatçılar toponimin ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olduğunu da yazırlar, "ardıclı yer" mənasını daşıyır.

Əslində isə Ərdəşəvi əsl türkmənşəli söz olub, ər sözü igid mənasında, daş sözü (ərdaşı) "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, Ər evi kimi mənaları da verir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri