Marko Simone ( ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir.
"Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib.
İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb.
Bioqrafiya Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib. Bu klubda Simone 1987/88 mövsümündə 15 qol vurub və mövsümün sonunda C1 seriyasının bombardiri olub. "Komo"da 3 mövsüm keçirdikdən sonra, futbolçu klub səviyyəsində əsas uğurlarını qazandığı İtaliya nəhəngi "Milan"a transfer olunur. "Milan"da ardıcıl 8 mövsüm forma geydikdən sonra Fransaya yollanan futbolçu, burada "PSJ", "Monako" klublarda forma geyinib.
Karyerasını başa vurduqdan sonra o, İtaliyanın "Leqnano" futbol klubunun direktoru təyin edilib. 2009-cu ildən o, həm də "AS Monako" üçün bazar məsləhətçisi vəzifəsini yerinə yetirir. Sonradan Marko "Leqnano" klubundakı vəzifəsini tərk edərək, futbol skautuna və FİFA agentinə çevrilir.
12 sentyabr 2011-ci ildə Marko, Jan Petitlə birlikdə "Monako"ya baş məşqçi təyin edilir.
7 noyabr 2013-cü ildə Simone "Lozanna" klubunun məşqçisi təyin edilir. 12 may 2014-cü ildə idman layihəsi onun ambisiyalarını əks etdirmədiyi üçün "Lozanna" ilə əməkdaşlığı davam etdirməmək qərarına gəlir.
13 oktyabr 2014-cü ildə "Lozanna"nın baş məşqçisi olur. Ancaq 2015-ci il martın 24-də ardıcıl 5 məğlubiyyətdən sonra o, vəzifəsindən azad edilib.
25 iyun 2015-ci ildə Fransanın ikinci divizionunda çıxış edən "Tur" komandasının məşqçisi təyin edilir. Marko 14 may 2016-cı ildə,"Tur"da tutduğu vəzifədən istefa verir.
Noyabrın 8-də "Laval" klubunun baş məşqçisi vəzifəsinə təyin edilir.
15 iyul 2017-ci ildə Tunisin yüksək divizionunda çıxış edən "Klub Afriken"in baş məşqçisi təyin edilir.
Uğurları
Komanda "Milan"
İtaliya çempionu (4): 1991/92, 1992/93, 1993/94, 1995/96 İtaliya Superkubokunun qalibi (3): 1992, 1993, 1994 UEFA Çempionlar Liqası (2): 1989/90, 1993/94 UEFA Superkuboku (3): 1989, 1990, 1994 Qitələrarası kubok (2): 1989, 1990
"PSJ"
Fransa Kuboku: 1997/98 Fransa Liqa Kuboku: 1997/98 Fransa Superkuboku: 1998
"Monako"
Fransa çempionu: 1999/00 Fransa Liqa Kuboku: 2002/03 Fransa Superkuboku: 2000
Fərdi C1 Seriyasının bombardiri: 1988/89 Fransada ən yaxşı əcnəbi oyunçu (2): 1997/98, 1999/00
Statistika Mövsüm Klub Liqa Oyun Qol 1986/87 "Komo" (İtaliya) Seriya A 2 0 1987/88 Vireskit (İtaliya) C1 seriyası 33 15 1988/89 "Como" (İtaliya) Seriya A 34 6 1989/90 "Milan, (İtaliya) Seriya A 21 1 1990/91 "Milan, (İtaliya) Seriya A 14 4 1991/92 "Milan, (İtaliya) Seriya A 15 7 1992/93 "Milan, (İtaliya) Seriya A 13 5 1993/94 "Milan, (İtaliya) Seriya A 25 3 1994/95 "Milan, (İtaliya) Seriya A 30 17 1995/96 "Milan, (İtaliya) Seriya A 27 8 1996/97 "Milan, (İtaliya) Seriya A 23 4 1997/98 PSJ (Fransa) Liqa 1 28 13 1998/99 PSJ (Fransa) Liqa 1 31 9 1999/00 Monako (Fransa) Liqa 1 34 21 2000/01 Monako (Fransa) Liqa 1 30 7 2001/02 Monako (Fransa) Liqa 1 5 0 2002/03 "Milan, (İtaliya) Seriya A 9 0 2002/03 Monako (Fransa) Liqa 1 5 0 2003/04 "Nitsa" (Fransa) Liqa 1 7 0
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Nitsa FK futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1969-cu ildə doğulanlar Kateqoriya:7 yanvarda doğulanlar Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Lombardiyada doğulmuş futbolçular Kateqoriya:Komo FK futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Fransa Liqa 2 məşqçiləri Kateqoriya:Monakoda legioner futbolçular Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri