Alagöllər — Azərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir.
Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.
29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib. Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun gölləri