Armenpress () — Ermənistanın ən köhnə və əsas dövlət xəbər agentliyi.
Tarixi "Armenpress" 18 dekabr 1918-ci ildə Ermənistan Demokratik Respublikası hökuməti tərəfindən Ermənistan Teleqraf Agentliyi kimi təsis edilmişdir. Agentliyin yaradılmasında Simon Vratsyanın mühüm rolu olmuşdur. 1920-ci ildə Ermənistan SSR-nin əsasının qoyulmasının ardınca agentliyin adı dəyişdirilərək "Armenkavrosta", sonra isə "Armenrosta" və "Armenta" olmuşdur. 1972-ci ildə onun adı yenə dəyişdirilərək "Armenpress" olmuşdur. SSRİ dövründə, 1920-ci ildən 1991-ci ilə qədər agentlik "ictimai məlumatın rəsmi icazəli mənbəyi" kimi fəaliyyət göstərmiş və Ermənistan Kommunist Partiyasının birbaşa nəzarəti altında olmuşdur. "Armenpress" indiki dövrdə "Reuters", "SİTA" (Rusiya) və "Sinxua" (Çin) xəbər agentlikləri ilə əməkdaşlıq edir. Qara Dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının üzvüdür. "Armenpress"in icad etdiyi bir çox neologizm erməni dilinə daxil olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1918-ci ildə yarananlar Kateqoriya:Ermənistan informasiya agentlikləri Kateqoriya:Ermənistan xəbər veb-saytları Kateqoriya:Erməni dilində kütləvi informasiya vasitələri