Fəxrəddin Mustovfi — İran dövlət xadimi. O, Qəzvinin Mustovfi soyundan olmuş və Elxanlı hakimiyyətinin erkən illərində yaşamışdır. Mustovfi tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin yaşca böyük əmisi oğlu idi.
Həyatı Həmdullah Qəzvininin yazdığına görə, Fəxrəddin Mustovfinin Elxanlı hakimiyyəti dövründə uğurlu karyerası olmuşdur. O, əvvəlcə Anadolu padşahlığı dövründə Keyxatu xanın sahibi-i divanı (maliyyə naziri, vəziri), daha sonra Arqun xanın (1284–1291-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə bürokrat kimi xidmət etmişdir. O, Arqunun ətrafındakı müşavirlər dairəsinin tərkibində Elxanlı sahibi-i divanı Şəmsəddin Cüveyninin süqutunda rol oynamışdır. O, Arqunu Şəmsəddini atası Abaqa xanın (1265–1282-ci illərdə hakimiyyətdə olmuşdur) zəhərləmək ittihamı ilə mühakimə etməyə inandırmışdır. 16 oktyabr 1284-cü ildə Şəmsəddin edam edilmiş və Fəxrəddinin sahibi-i divan vəzifəsi bərpa edilmişdir.
Buna baxmayaraq, 1286-cı ildə onu Cəlaləddin Simnani əvəz etmiş və o, Anadolu padşahlığına göndərilmişdir. Həmin il Fəkrəddin nifrət dolu böhtanlarla Şəmsəddinin oğlu Şərəfəddin Harun Cüveyninin edamına təhrik etmişdir. Fəxrəddin Mustovfi özü 1290-cı ildə edam edilmişdir. Bunun təhrikçisi, buna böhtanlarla nail olan yeni sahib-i divan Sədəddövlə idi. Bu, Mustovfi ailəsinin düşmənçiliyinə səbəb olmuşdur.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Elxanilər dövləti şəxsləri Kateqoriya:XIII əsrdə edam olunanlar