Xəzinədar Əli Paşa (ö. 1700) — Osmanlı sultanı II Əhməd və II Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əslən Moreyalı olub, Misir bəylərbəyi Sərxoş Əhməd Paşanın kəndxudası olmuşdur. Paşanın vəfatının ardından öncə naib, 1694-cü ilin sentyabrından etibarən isə vəzirlik rütbəsi ilə Misir bəylərbəyi olaraq bölgəni idarə etmişdir. 1695-ci ilin iyununda təqaüdə ayrılsa da, həmin ilin sonlarında Trabzon valisi oldu. 1697-ci ilin avqustunda Belqradın mühafizəsiylə vəzifələndirildi. Ancaq 1700-cü ildə yayılan vəba epidemiyası səbəbilə anidən vəfat etdi.
Mənbə
Sicill-i Osmani I cild, səh. 302
İstinadlar