Kürəkən Sənan Paşa (; ) — Osmanlı sultanı II Bəyazid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. 1492-ci ildə Əndərundakı təhsilini tamamlamış və Gəlibolu sancaqbəyliyi ilə kaptan-ı dərya təyin edilmişdir. Ardından II Bəyazidin qızlarından Ayşə Sultanla evləndirilmiş və bu nikahdan 6 övladı dünyaya gəlmişdir.
1493-cü ildə kaptan-ı dəryalıqdan alındı və bir müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1501-ci ildə Anadolu bəylərbəyi təyin edilsə də, çox keçmədən 12 yanvar 1504-cü ildə Konyada vəfat etdi.
Övladları Sultanzadə Əhməd bəy — Vize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi. Gövhərxan Sultan Ayşə xanım Sultan — Ankara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi. Gövhərşah xanım Sultan (ö. 4 aprel 1552, Hələb əyaləti) — 1503-cü ildə Dukakinzadə Əhməd Paşayla evləndi və 2 övladı dünyaya gəldi. Ərinin ölümündən sonra 1515-ci ildə Ömər bəyin oğlu İbrahim bəylə evləndi. Dukakinzadə Mehmed Paşa Fatma Sultan — 1518-ci ildə Alanya sancaqbəyi İsgəndər bəylə evləndi. Qəmərşah xanım Sultan — 6 iyul 1506-cı ildə Məsih Paşanın nəvəsi Əhməd bəylə evləndi. Fatma xanım Sultan — 28 iyun 1506-cı ildə Məsih Paşanın oğlu Əli bəylə evləndi. Mihrihan xanım Sultan — Ömər bəyin oğlu Həsən bəylə evləndi.
Mənbə Sicill-i Osmani V cild, səh. 139
Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri