Əlikram Həsən oğlu Hüseynov () — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991)

Həyatı Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub. 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır.

1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayiət etmişdir.

Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır.

Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Azərbaycan milli opera sənətinin inciləri olan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" və "Aşıq Qərib"də tarzən kimi ifa etmişdir.

2006-cı il aprelin 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.TARZƏN ƏLİKRAM HÜSEYNOVUN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR. azertag.az, 19.04.2006.

18 avqust 2006-cı ildə 80 yaşında Bakıda vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.

Təltifləri Azərbaycan Respublikasının əməkdar artisti — 19 sentyabr 1991"M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 1991-ci il tarixli 346 nömrəli Fərmanı

Ailəsi Əlikram Hüseynov Sürayə xanımla ailə həyatı qurmuş, Məxfirət adlı qızı və Yaşar adlı oğlu olmuşdur.

Ədəbiyyat Hüseynov Əlikram. Oxu tar /Əlikram Hüseynov; Toplayıb tərtib edən: S. Q. Quliyeva.- B.: Günəş, 2005, 112 səh.

İstinadlar

Kateqoriya:Azərbaycan tarzənləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri